Araz-Naxçıvan PFK Naxçıvanda futbolsevərlərlə görüşəcək

Araz-Naxçıvan PFK Naxçıvanda futbolsevərlərlə görüşəcək

06 Oktyabr 2025

Oktyabrın 7-də “Araz-Naxçıvan” Peşəkar Futbol Klubunun əsas komandasının iştirakı ilə bir sıra tədbirlər təşkil olunacaq. 

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, proqramına əsasən komanda heyəti əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini və şəhid məzarlarını ziyarət edəcək. Saat 11:30-da stadionda azarkeşlərin iştirakı ilə tədbir keçiriləcək. Tədbir çərçivəsində Araz-Naxçıvan komandasının üzvləri Futbol Akademiyasının gənc futbolçuları ilə əyləncə xarakterli oyun keçirəcək, forma və toplar paylanılacaq.

Günün ikinci yarısında isə saat 16:00-da Naxçıvan Şəhər İcra Hakimiyyəti ilə üzbəüz parkda imza günü təşkil olunacaq. Azarkeşlər sevimli futbolçularla görüşmək, avtoqraf almaq və xatirə şəkilləri çəkdirmək imkanı əldə edəcəklər.