Naxçıvanlı idmançılar MDB Oyunlarını 3 medalla başa vurdu -

Naxçıvanlı idmançılar MDB Oyunlarını 3 medalla başa vurdu - FOTO

06 Oktyabr 2025

Azərbaycanın 15 yaşadək qızlardan ibarət voleybol millisi ölkəmizin ev sahibliyi etdiyi III MDB Oyunlarında Özbəkistan millisi ilə üçüncülük görüşünə çıxıb. Voleybolçularımız rəqibə 3:1 hesabı ilə qalib gələrək bürünc medalların sahibi olublar.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, komandanın heyətində çıxış edən naxçıvanlı voleybolçular Ülviyə Orucova, Kəmalə Mahmudlu və köməkçi məşqçi qismində Pərvin Səfərli də bürünc medal sevinci yaşayıblar.

Qeyd edək ki, bundan öncə naxçıvanlı idmançılardan boksçu Haqverdi Həsənov da bürünc medal qazanmışdı.