"Araz-Naxçıvan" VII turun açılış matçında qələbə qazanıb

"Araz-Naxçıvan" VII turun açılış matçında qələbə qazanıb

03 Oktyabr 2025

"Araz-Naxçıvan" Misli Premyer Liqasının VII turun açılış matçında qələbə qazanıb.

"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, Elmar Baxşıyevin komandası "İmişli"ni 2:0 hesabı ilə məğlub edib.

Qolları Ba-Muaka Simakala (33) və Ülvi İsgəndərov (90+5) vurublar.

"İmişli" hazırda 8 xalla yeddinci pillədə qərarlaşıb. Hesabında 14 xal olan Naxçıvan təmsilçisi isə turnir cədvəlinin zirvəsinə yüksəlib.