Naxçıvanlı idmançı MDB Oyunlarının mükafatçısı olub -

Naxçıvanlı idmançı MDB Oyunlarının mükafatçısı olub - FOTO

06 Oktyabr 2025

Ölkəmizin ev sahibliyi etdiyi III MDB Oyunlarının boks yarışlarında millimizin heyətində çıxış edən Haqverdi Həsənov 63 kq çəki dərəcəsində bürünc medal qazanıb.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, bu, Haqverdinin il ərzində qazandığı dördüncü nailiyyətdir. Belə ki, məşqçi Elnur Kərimlinin yetirməsi 2025-ci ildə Avropa üçüncüsü, ölkə birincisi və beynəlxalq turnir qalibi olmuşdur.