Azərbaycan banklarının xalis xarici aktivləri cüzi artıb
Bu ilin iyunun 1-nə Azərbaycan banklarının xalis xarici aktivləri 30 milyard 088,6 milyon manat təşkil edib.
"NAXÇIVANXƏBƏRLƏRİ" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 1,9 %, ilin əvvəlinə nisbətən 16,4 %, 2025-ci ilin iyunun 1-i ilə müqayisədə isə 1 % çoxdur.
Hesabat tarixinə bankların xalis daxili aktivləri 21 milyard 411,9 milyon manat təşkil edib ki, bu da aylıq müqayisədə 3,7 % çox, ilin əvvəlinə nisbətən 10,8 % az, ötən il iyunun 1-i ilə ilə müqayisədə isə 15,6 % çoxdur.
Azərbaycanda ümumi aktivləri 59 milyard 183,7 milyon manat olan 22 bank fəaliyyət göstərir.








