Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana dizel və gübrə göndərilir

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana dizel və gübrə göndərilir

05 Mart 2026

Bu gün 1984 ton dizel yanacağı (31 vaqon) Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana göndərilir.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bununla yanaşı, Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 135 ton gübrə yüklü 2 vaqon bu gün Bakıdan yola salınır.

Qeyd edək ki, Azərbaycanla Ermənistan arasında sülh gündəliyinə uyğun olaraq ötən il dekabrın 18-də Azərbaycandan Ermənistana neft məhsullarının ixracına başlanılıb. Azərbaycan neft məhsullarının Ermənistana ixracı sırf kommersiya xarakterlidir.

Prezident İlham Əliyev bu il oktyabrın 21-də Qazaxıstanda dövlət səfərində olarkənbəyan etmişdi ki, Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb.