Azərbaycanın stolüstü tennisçiləri Qətərdə keçirilən beynəlxalq turnirdə üçüncü yeri tutublar

Azərbaycanın stolüstü tennisçiləri Qətərdə keçirilən beynəlxalq turnirdə üçüncü yeri tutublar

01 Fevral 2025

Azərbaycanın stolüstü tennisçiləri Qətərin paytaxtı Dohada keçirilən beynəlxalq turnirdə üçüncü yeri tutublar.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, “WTT Youth Star Contender Doha 2025” turnirində U-15 kateqoriyasında mübarizə aparan Onur Quluzadə ilə Yağmur Məmmədli qarışıq-qoşa yarışlarında üçüncü yerə sahib çıxıblar.

Qeyd edək ki, yarışa fevralın 2-də yekun vurulacaq.