Çempionlar Liqası: “Qarabağ” bu gün İtaliyada “Napoli”nin rəqibi olacaq

Çempionlar Liqası: “Qarabağ” bu gün İtaliyada “Napoli”nin rəqibi olacaq

25 Noyabr 2025

UEFA Çempionlar Liqasında mübarizə aparan “Qarabağ” bu gün liqa mərhələsində növbəti görüşünə çıxacaq.

“NAXÇIVANXƏBƏRLƏRİ” məlumat verir ki, son ölkə çempionu V turun oyunu çərçivəsində İtaliyada “Napoli”nin qonağı olacaq. “Dieqo Armando Maradona” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə gecə saat 00:00-da başlayacaq. Matçın baş hakimi polşalı FIFA referisi Şimon Marçinyakdır.

Hər iki komanda oyuna itkilərlə çıxacaq. “Napoli”nin heyətində Andre-Zambo Anqissa, Kevin De Bruyne, Romelu Lukaku, Billi Gilmor və Leonardo Spinazzola zədə səbəbi ilə iştirak edə bilməyəcəklər. “Qarabağ”da isə Kadi Borges və Şahruddin Məhəmmədəliyev eyni səbəbdən matçı buraxmalı olacaqlar.

Xatırladaq ki, ilk 4 turdan sonra 7 xalla “Qarabağ” turnir cədvəlində 15-ci yerdə qərarlaşıb. “Napoli” isə 4 xalla 24-cü pillədə yer tutur.