“Qarabağ”ın qapıçısı Koxalskinin üç seyvı ÇL-də günün ən yaxşıları sırasına düşüb
“Qarabağ”ın qapıçısı Mateuş Koxalskinin üç möhtəşəm qurtarışı UEFA Çempionlar Liqasının günün ən yaxşı seyvləri sırasında yer alıb.
“NAXÇIVANXƏBƏRLƏRİ” xəbər verir ki, məlumat UEFA-nın mətbuat xidməti tərəfindən açıqlanıb.
25 yaşlı polşalı qolkiperin İtaliyada “Napoli”yə qarşı keçirilən matçda penaltini dəf etməsi ilə yanaşı, digər iki uğurlu qurtarışı da “ilk 6-lıq” siyahısına daxil edilib.
Avropa futbol qurumu paylaşımında “Qapıçılar bu gecə əla formada çıxış ediblər. Sizcə ən yaxşı qurtarış hansıdır?” – deyə sorğuya da start verib.
Qeyd edək ki, “Qarabağ” Liqa mərhələsinin V turunda Neapol təmsilçisinə 0:2 hesabı ilə məğlub olub.








