
Cinayət-Prosessual Məcəlləsinə əsasən məcburi gətirilmə hansı hallarda tətbiq edilə bilər? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Cinayət-Prosessual Məcəlləsinə əsasən məcburi gətirilmə hansı hallarda tətbiq edilə bilər?
Cavab: Məcburi gətirilmə şəxsin cinayət prosesi aparan orqana məcburi çatdırılmasından, habelə istintaq və ya digər prosessual hərəkətlərin aparılmasında onun iştirakının məcburi təmin edilməsindən ibarətdir.
Məcburi gətirilmə cinayət prosesində iştirak edən və cinayət prosesini həyata keçirən orqana çağırılan şəxsə yalnız aşağıdakı hallarda tətbiq edilə bilər:
1. cinayət prosesini həyata keçirən orqanın məcburi çağırışlarına üzürlü səbəb olmadan gəlmədikdə;
2. cinayət prosesini həyata keçirən orqanın çağırışlarını almaqdan boyun qaçırdıqda;
3. cinayət prosesini həyata keçirən orqandan gizləndikdə;
4. daimi yaşayış yeri olmadıqda.
Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov