
Hansı hallarda icra sənədi üzrə icraat dayandırıla bilər? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Hansı hallarda icra sənədi üzrə icraat dayandırıla bilər?
Cavab: İcra haqqında Qanunun 18-ci maddəsinə əsasən aşağıdakı hallarda icra sənədi üzrə icraat dayandırıla bilər.
1) borclu üzrlü səbəblərdən icra hərəkətlərinin həyata keçirildiyi yerin hüdudlarından kənarda olduqda;
2) borclu ağır xəstəliyinə görə stasionar müalicə müəssisəsində müalicə olunduqda;
3) icra məmuruna etirazın təmin edilməməsindən və ya icra məmurunun hərəkətlərindən şikayət verildikdə;
4) borclu, onun əmlakı axtarışda olduqda və ya onun uşağı axtarışda olduqda;
Sualı cavablandırdı: Kəngərli rayon prokurorunun köməkçisi, III dərəcəli hüquqşünas - Şahmar Həşimov.