
Mobil telefon aparatının və ya onun sim kartının başqa şəxslərə kirayəyə verilməsi hansı hüquqi məsuliyyətə səbəb olur ? - HÜQUQ MƏSLƏHƏTİ
Sual : Mobil telefon aparatının və ya onun sim kartının başqa şəxslərə kirayəyə verilməsi hansı hüquqi məsuliyyətə səbəb olur ?
Cavab: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən mütəmadi gəlir (mənfəət) əldə etmək məqsədilə abunəçinin identifikasiya modulunun (sim kartlar və ya digər kartlar) və ya mobil telefon aparatının başqa şəxslərə kirayəyə verilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək, vəzifəli şəxslər min manatdan iki min manatadək, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir.
Sualı cavablandırdı: Sədərək rayon prokurorunun köməkçisi, I dərəcəli hüquqşünas - Rəmzi Həsənov.