Qanunvericiliyə əsasən  şəxsin xəbərsiz itkin düşmüş elan edilməsi üçün hansı müddət keçməlidir? -

Qanunvericiliyə əsasən şəxsin xəbərsiz itkin düşmüş elan edilməsi üçün hansı müddət keçməlidir? - HÜQUQ MƏSLƏHƏTİ

05 İyun 2025

Sual: Qanunvericiliyə əsasən  şəxsin xəbərsiz itkin düşmüş elan edilməsi üçün hansı müddət keçməlidir?

Cavab:Azərbaycan Respublikası Mülki Məcəlləsinin 40-cı maddəsinə əsasən:

Əgər fiziki şəxsin olduğu yer məlum deyildirsə və iki il ərzində o, yaşayış yerində görünməmişsə, maraqlı şəxslərin ərizəsinə əsasən məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab edə bilər. İtkin düşmə haqqında son məlumatların alındığı günü müəyyənləşdirmək mümkün olmadıqda, xəbərsiz itkin düşmüş sayılma üçün müddətin hesablanması itkin düşmüş haqqında son məlumatların alındığı aydan sonrakı ayın birinci günündən, həmin ayı müəyyənləşdirmək mümkün olmadıqda isə növbəti ilin yanvar ayının 1-dən başlanır.

Sualı cavablandırdı: Şahbuz  rayon prokurorluğnun müstəntiqi, I dərəcəli hüquqşünas - Əfqan İsmayılov