
Qanunsuz miqrasiyanın təşkili nədir və buna görə qanunda məsuliyyət nəzərdə tutulub?- HÜQUQ MƏSLƏHƏTİ
Sual: Qanunsuz miqrasiyanın təşkili nədir və buna görə qanunda məsuliyyət nəzərdə tutulmuşdurmu ?
Cavab: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddəsində qanunsuz miqrasiyanın təşkili cinayət kimi nəzərdə tutulmuşdur, Belə ki,əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasına qanunsuz gəlməsini, Azərbaycan Respublikası ərazisində qanunsuz qalmasını, Azərbaycan Respublikası ərazisindən qanunsuz tranzit keçidini və ya hər hansı şəxsin Azərbaycan Respublikasından qanunsuz getməsini təşkil etmə — qanunsuz miqrasiyanın təşkili hesab olunur, həmçinin həmin əmələ münasibətdə iki min manatdan beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.
Sualı cavablandırdı: Babək rayon Prokurorluğunun böyük köməkçisi kiçik ədliyyə müşaviri - Camal Sadiqov