
DİM buraxılış imtahanlarının keçirilmə tarixlərini açıqladı
Dövlət İmtahan Mərkəzi (DİM) tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının keçirilmə tarixlərini açıqlayıb. İmtahanlar 2 və 9 mart tarixlərində baş tutacaq.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, imtahan qrafiki belədir:
2 mart – Nərimanov, Sabunçu, Xəzər, Səbail, Nəsimi, Nizami, Abşeron (I hissə), Sumqayıt (I hissə), Gəncə (I hissə), Goranboy, Yevlax, Naftalan, Şəmkir, Gədəbəy, Şirvan, Hacıqabul, Neftçala, Salyan, Göyçay, Ağdaş, Şamaxı, Qobustan, Kürdəmir, Lənkəran, Cəlilabad, Yardımlı, Bərdə, Tərtər, Ağdam, Şəki, Oğuz, Qəbələ, Xaçmaz, Siyəzən, Şabran, Ağdərə (Talış kənd tam orta məktəbi), Xocalı, Xankəndi, Şuşa, Laçın (Şəhər 2 №-li tam orta məktəb, Zabux və Sus kənd tam orta məktəbləri), Çilov adasında yerləşən məktəb, tədrisi ingilis və fransız dilində olan məktəblər.
9 mart – Qaradağ, Binəqədi, Xətai, Suraxanı, Pirallahı, Yasamal, Abşeron (II hissə), Sumqayıt (II hissə), Naxçıvan MR, Gəncə (II hissə), Mingəçevir, Samux, Göygöl, Daşkəsən, Ağstafa, Qazax, Tovuz, Sabirabad, Saatlı, İmişli, Biləsuvar, Ucar, İsmayıllı, Ağsu, Zərdab, Masallı, Astara, Lerik, Ağcabədi, Beyləqan, Füzuli, Qax, Balakən, Zaqatala, Quba, Xızı, Qusar, Füzuli (M.Uluqbəy adına 1 №-li tam orta məktəb), Zəngilan (Ağalı kənd tam orta məktəbi), Cəbrayıl (M.Mehdizadə adına məktəb), Bakı şəhəri üzrə xüsusi məktəblər (internat məktəbləri, cəzaçəkmə müəssisələrində yerləşən məktəblər), tədrisi gürcü dilində olan məktəblər, H.Əliyev və C.Naxçıvanski adına Hərbi Lisey.
Məcburi köçkün rayonlarının məktəblərində təhsil alan şagirdlər bitirdikləri təhsil müəssisəsinin yerləşdiyi şəhər və rayonların imtahan gününə uyğun olaraq imtahan verəcəklər.
Hərəkət intensivliyini azaltmaq məqsədilə Abşeron, Sumqayıt və Gəncə şəhərlərindəki məktəblərin buraxılış imtahanları iki günə bölünüb. Cədvəldə bu bölgü I və II hissə kimi göstərilib.
Peşə liseylərinin məzunları liseyin yerləşdiyi şəhər və rayonun imtahan gününə uyğun tarixdə imtahan verəcəklər. (Sumqayıt və Abşeronda yerləşən peşə liseylərinin məzunları 2 martda imtahan verəcəklər).
İmtahana buraxılış vərəqələri hər imtahan günündən 5 gün əvvəl DİM-in rəsmi saytında yerləşdiriləcək.