Hamilə və azyaşlı uşağı olan qadınlarla əmək müqaviləsindən imtina edilə bilər? -

Hamilə və azyaşlı uşağı olan qadınlarla əmək müqaviləsindən imtina edilə bilər? - HÜQUQ MƏSLƏHƏTİ

24 Sentyabr 2026

Sual: Hamilə və 3 yaşına çatmamış uşağı olan qadınlarla əmək müqaviləsi bağlanmasından imtina edilə bilərmi?

Cavab: Hamilə və ya 3 yaşına çatmamış uşağı olan qadınla məhz bu səbəblərə görə əmək müqaviləsinin bağlanmasından imtina edilməsi yolverilməzdir. Bu qayda işəgötürənin müvafiq işi (vəzifəsi) olmadığı, habelə Əmək Məcəlləsinin 211-ci maddəsinin 1-ci hissəsinin beşinci və altıncı abzaslarında nəzərdə tutulan iş yerlərinə (işlərə) işə götürməkdən imtina edilən hallara şamil olunmur.

İşəgötürən hamilə və ya 3 yaşına çatmamış uşağı olan qadınla məhz bu səbəblərə görə əmək müqaviləsi bağlamaqdan imtina etdikdə, qadın imtinanın səbəbi barədə işəgötürəndən yazılı cavab tələb etmək hüququna malikdir.

Əmək müqaviləsi bağlamaqdan imtina edilməsinin səbəbləri ilə bağlı hüququnun müdafiəsi üçün qadın məhkəməyə müraciət edə bilər.

Sual Naxçıvan Muxtar Respublikası Prokurorunun mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri Səttar Əsgərov tərəfindən cavablandırıldı.