Normativ hüquqi aktda dəyişiklik edə bilərmi? -

Normativ hüquqi aktda dəyişiklik edə bilərmi? - HÜQUQ MƏSLƏHƏTİ

25 Sentyabr 2026

Sual: Hər hansı bir dövlət orqanı yenidən təşkil edilərsə, onun hüquqi varisi əvvəllər qəbul edilmiş normativ hüquqi aktda dəyişiklik edə bilərmi?

Cavab: Dövlət orqanı yenidən təşkil edildikdə onun hüquq varisinə normativ hüquqi aktları qəbul etmək hüququ verilir. Bununla yanaşı, həmin hüquq varisinə səlahiyyətləri daxilində, əvvəllər qəbul edilmiş normativ hüquqi aktlarda dəyişikliklər etmək, həmin aktların qüvvəsini dayandırmaq və ləğv etmək səlahiyyəti də verilir.

Sual Şərur rayon prokurorunun köməkçisi Nazlı İsmayılzadə tərəfindən cavablandırıldı.