Yetkinlik yaşına çatmayanlara tütün təklif edənlər cərimələnir...

Yetkinlik yaşına çatmayanlara tütün təklif edənlər cərimələnir... HÜQUQ MƏSLƏHƏTİ

24 Sentyabr 2026

Sual: Yetkinlik yaşına çatmayanlara tütün məmulatı almaq və ya onlara tütün məmulatından istifadəni təklif etmək qanunla necə cəzalandırılır?

Cavab: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 212.3-cü maddəsinə əsasən, yetkinlik yaşına çatmayanların tütün məmulatı almaqla, verməklə, tütün məmulatından istifadəni təklif və ya tələb etməklə tütündən istifadə prosesinə cəlb edilməsi 100 manat məbləğində cərimə edilir.

Sual Babək rayon prokurorunun köməkçisi, II dərəcəli hüquqşünas Nəriman Vəliyev tərəfindən cavablandırıldı.