Hüseyn Cavidin 143 illiyinə həsr olunmuş “Ana” tamaşasının premyerası baş tutub -

Hüseyn Cavidin 143 illiyinə həsr olunmuş “Ana” tamaşasının premyerası baş tutub - FOTO

25 Oktyabr 2025

24 oktyabr – böyük Azərbaycan dramaturqu Hüseyn Cavidin doğum günündə, onun bəşəri ideyalarla yoğrulmuş “Ana” əsəri əsasında hazırlanan “Ana” tamaşasının premyerası keçirildi. Tamaşa Hüseyn Cavidin 143 illik yubileyinə ithaf olunub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, əsərdə Hüseyn Cavidin yaradıcılığına xas olan insanlıq, mərhəmət və ana sevgisi mövzuları səhnə dili ilə ifadə olunub. 

Rejissor əsərin orijinal poetikasını qorumaqla yanaşı, onu müasir teatr üslubunda, musiqi və işıq effektləri ilə təqdim edib. Tamaşanın musiqi tərtibatı Hüseyn Nağıyevə məxsusdur; bəstəkar Fikrət Əmirovun “Kor Ərəb” mahnısı əsasında 3 fərqli versiyada hazırlanmış musiqilər səhnə emosiyasını daha da gücləndirib.

Premyerada Naxçıvan Muxtar Respublikasının Mədəniyyət nazirinin müavini Həsən Seyidov, sənətsevərlər, teatr xadimləri, gənc aktyorlar və mədəniyyət nümayəndələri iştirak ediblər. Tamaşa sonunda Hüseyn Cavid irsinin səhnədə yaşadılması istiqamətində görülən işlər yüksək qiymətləndirilib.