Leyla Əliyeva Şuşa məscidi üçün hazırlanan dünya xalçaçılıq tarixinin ən böyük dairəvi xalçası ilə tanış olub
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva oktyabrın 27-də Şuşa məscidi üçün hazırlanan dünya xalçaçılıq tarixinin ən böyük dairəvi əl xalçası ilə tanış olub.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, "Qarabağ" qrupuna aid, "Xətai" xalçasının elementlərini üzərində daşıyan xalçanın əsas toxunma prosesi İsmayıllı və Şabran emalatxanalarında baş tutur.
150 xalçaçı xanımın toxuduğu xalça üzərində işə ötən ilin dekabrından başlanılıb.
Leyla Əliyeva xalça ilə tanışlıqdan sonra toxucularla vaxt keçirib və tarixi xalçaya ilmə də atıb.
Qeyd edək ki, xalça Heydər Əliyev Fondu, "PAŞA Holdinq" və "PMD Projects"in təşkilatçılığı ilə "Azərxalça" ASC-nin yaradıcı heyəti və toxucu komandası tərəfindən hazırlanır.








