“Uşaq İncəsənət Festivalı – 2025”in final mərhələsi Naxçıvanda keçirilib -

“Uşaq İncəsənət Festivalı – 2025”in final mərhələsi Naxçıvanda keçirilib - FOTO

28 Oktyabr 2025

Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Uşaq İncəsənət Festivalı-2025”in Naxçıvanda keçirilən final mərhələsində yaradıcılıq bacarıqlarına güvənən, 6-17 yaş aralığında olan bütün uşaqlar peşəkar və həvəskar kateqoriyalar üzrə festivalda iştirak ediblər.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, festival istedadlı uşaqları kəşf etmək, onların yaradıcılığını ön plana çıxarmaq, milli mədəniyyətə olan sevgini gücləndirərək zəngin mədəni irsimizi gələcək nəsilə ötürmək məqsədilə təşkil olunub.

Final mərhələsində muxtar respublikada 43 fərdi və 4 kollektiv nominasiya üzrə şagirdlər bacarıqlarını nümayiş etdiriblər.

Qeyd edək ki, Uşaq İncəsənət Festivalı – uşaqların müxtəlif incəsənət sahələrində iştirak etdiyi, istedadlarını nümayiş etdirdiyi və inkişaf etdirdiyi yaradıcı platformadır.