Kart hesablarındakı problemin səbəbi açıqlanıb

Kart hesablarındakı problemin səbəbi açıqlanıb

24 İyun 2026

Azərbaycanda bəzi bankların kart əməliyyatlarında texniki problem "Azericard" MMC-dən qaynaqlanmır.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə şirkətdən bildirilib.

Məlumata əsasən, bu hal banklararası hesablaşma fayllarının emalı zamanı "Azericard"dan asılı olmayan texniki səbəbdən baş vermiş təkrarlanmalarla bağlı yaranıb: "Təkrarlanmış əməliyyatlar ləğv edilərək hesablar tədricən bərpa olunmaqdadır. Məsələ yaxın zamanlarda tam həllini tapacaq".