Məcid Seyidov: 2025-ci ildə Naxçıvan idmançıları 444 medal qazanıb

Məcid Seyidov: 2025-ci ildə Naxçıvan idmançıları 444 medal qazanıb

22 Yanvar 2026

Yanvarın 22-də Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyində Kollegiya iclası keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, iclasda çıxış edən nazir müavini, nazir səlahiyyətlərini müvəqqəti icra edən Məcid Seyidov idman sahəsində əldə olunan nailiyyətlərdən bəhs edib.

Nazir müavini bildirib ki, 2025-ci ildə Naxçıvan Muxtar Respublikasını təmsil edən idmançılar beynəlxalq və respublika səviyyəli yarışlarda 198 qızıl, 129 gümüş və 117 bürünc olmaqla, ümumilikdə 444 medal qazanıblar. Onun sözlərinə görə, bu göstərici əvvəlki illə müqayisədə 121 faiz artım deməkdir.

Məcid Seyidov vurğulayıb ki, əldə olunan nəticələr idman sahəsində aparılan sistemli işlərin və yaradılan şəraitin real göstəricisidir.