
Naxçıvanda bu qurumun inzibati binası bərpa olunacaq
Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi binanın bərpa və gücləndirilməsi, həmçinin işçi layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı açıq müsabiqə elan edib.
"NAXÇIVANXƏBƏRLƏRİ" bu barədə dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir.
Müsabiqə çərçivəsində binanın bərpası, gücləndirilməsi və lazımi layihə-smeta sənədlərinin hazırlanması nəzərdə tutulur. Layihənin məqsədi bina infrastrukturunun möhkəmləndirilməsi və müasir tələblərə uyğun təmir işlərinin həyata keçirilməsidir.