Naxçıvanda ödəmə terminalından oğurluq edən şübhəli şəxs saxlanılıb

Naxçıvanda ödəmə terminalından oğurluq edən şübhəli şəxs saxlanılıb

25 Fevral 2026

Naxçıvanda ödəmə terminalından oğurluq edən şübhəli şəxs saxlanılıb.

DİN-nin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata görə, Babək rayonunda  yerləşən mağazaların birinin qarşısından  içərisində 9503 manat olan ödəmə terminalının oğurlanması barədə polisə məlumat daxil olub.

Rayon polis idarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli  bilinən 33 yaşlı  İsmayıl  Babayev  müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla məlum olub ki, şübhəli əvvəlcədən mağazanın fəaliyyəti və təhlükəsizlik şəraitini müşahidə edərək, insanların olmadığı vaxt aralığından istifadə edərək oğurluq əməlini həyata keçirib.

Faktla bağlı araşdırmalar davam etdirilir.