Naxçıvanda vergi ödəyicilərinin sayı 7,4 faiz artıb
Matın 1-də Naxçıvan Muxtar Respublikası üzrə uçotda olan 54.869 vergi ödəyicisinin 94.7 faizi fiziki şəxslər, 5,3 faizi hüquqi şəxslər və digər təşkilatlar olub.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, 2025-ci illə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 7,4 faiz, o cümlədən fiziki şəxslərin sayı 7,5 faiz, hüquqi şəxslərin sayı isə 5 faiz artıb.
Qeydiyyatda olan kommersiya qurumlarının sayı 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 14,3 faiz artaraq 1.815 vahid olub. 2026-cı ildə kommersiya qurumlarının 84,1 faizi elektron, 15,9 faizi kağız daşıyıcısı əsasında qeydiyyata alınıb.








