Populyasiyadan robotlara

Populyasiyadan robotlara

13 Dekabr 2025

Bu yazı, Evrim Ağacının qurucusu, məşhur elm yazarı Çağrı Mərd Bakırcı-nın “Genetik Alqoritmlərin Süni Zəkaya Tətbiqi” mövzusundakı seminarındakı fikirlərindən ilhamlanaraq hazırlanmışdır.

Təbiət və biz: Niyə və necə ?

Biz müxtəlif şeylərin niyə belə olduğunu bilmirik; məsələn, niyə bu qədər müxtəliflik mövcuddur? Burada “nə üçün?” və “necə?” suallarına cavab axtarmağa başlayırıq. Niyə müxtəliflik var? Niyə ağaclar böyüyür? Yaxud ağaclar necə böyüyür? Bu suallara dərhal və qəti cavab tapmaq mümkün deyil. Buna görə də ilk etdiyimiz şey, mümkün cavablar üzərində düşünməkdir. Bu cavabları da birbaşa özümüz yaratmırıq; bizdən əvvəl yaşamış insanların müşahidələrinə, araşdırmalarına və onlardan bizə gəlmiş izahlara əsaslanırıq.

“Təbiət yanımız” nədir? Təbiət yanımız, təbiətə baxdığımız zaman gördüyümüz, lakin çox vaxt tam başa düşmədiyimiz həqiqətlərdir.

Məsələn, bir stəkanı yerə qoyduqda hər dəfə eyni şəkildə düşməsi, təbiətdə müəyyən qaydaların və nizamın olduğunu göstərir. Yaxud bir ağacın köklərinin torpağın içində necə yayıldığını gördükdə, təbiətin öz sisteminə sahib olduğunu anlayırıq. Bütün bunlar göstərir ki, biz təbiətə qarşı məsuliyyət daşıyırıq; çünki biz də bu sistemin bir hissəsiyik.

Həqiqətən də, bir stəkanı buraxdıqda yerə düşməsi, təbiətin müəyyən qanunlarla  işlədiyini göstərir. Hər dəfə buraxdığımız zaman stəkan yenə yerə düşür. Bu da göydən torpağa qədər hər şeyin öz hesabı, öz nizamı olduğunu bildirir.

Təbiətə sual verdiyimiz zaman aldığımız cavablar bunlardır: “Nə olur?” deyə soruşuruq; stəkan düşür, torpaq çökməyə başlayır, ağaclar böyüyür. Təbiətin verdiyi cavablar həmişə müşahidələrimizdir.  

Bəs bu müşahidələr səhv ola bilərmi? Bəli, ola bilər. Əgər müşahidə zamanı stəkanı düzgün tutmamışıqsa, yanlış bucaqdan baxmışıqsa, nəticə də səhv ola bilər. Bəzən hava soyuq olur, şərait pisdir, diqqət yayılır -bu da müşahidə səhvlərinə səbəb olur.

Amma əksər hallarda təbiətdəki hadisələr o qədər ardıcıl və sürətli baş verir ki, bu reaksiyalar bizə təbiət qanunları haqqında doğru ipucları təqdim edir.

Məsələn: Top düşür, amma niyə düşür? Ağac böyüyür, amma niyə böyüyür? Canlılar hərəkət edir, amma niyə belə olur? Təbiəti anlamağa çalışarkən verdiyimiz bütün bu “niyə” sualları, təbiət qanunlarını ortaya çıxaran əsas amillərdir.

Məsələn, topun yuxarıdan aşağı düşdüyünü görürük. Bunun səbəbi Yer ilə top arasında gözlə görə bilmədiyimiz bir bağlılığın olmasıdır. Bu bağlılıq cismin Yerə doğru çəkilməsinə səbəb olur. Nyutonun izah etməyə çalışdığı da məhz bu idi: cazibə qüvvəsi.  Maraqlıdır ki, əsrlər boyunca Nyutonun izahı “qanun” kimi qəbul edildi. Halbuki onun verdiyi izah əslində bir nəzəriyyə idi. Sadəcə o dövrdə “qanun, nəzəriyyə, hipotez” kimi anlayışlar bu gün olduğu qədər dəqiq ayrılmamışdı, ona görə də buna “qanun” adı verildi. Nyutonun açıqlaması o zaman üçün müşahidələrlə ən uyğun və məntiqli izah hesab olunurdu.

Təkamül və biologiya

Beləliklə, əgər siz evolyusiyanı qəbul etmirsinizsə və onun yanlış olduğunu düşünürsünüzsə, onda onun əsas prinsiplərindən ən azı birinin səhv olduğunu iddia etməlisiniz. Bunu edə bilmədiyiniz müddətdə evolyusiya biologiyanın məntiqi və qaçınılmaz nəticəsi kimi qarşımıza çıxır. Bunu belə izah etmək olar: əgər bütün dəyişikliklər insanların kölgəyə sığınmağa çalışması kimidirsə və bir insan kölgəyə sığınmırsa, günəşin altında qalması məntiqi bir zərurətdir. Yaxud milyonlarla il ərzində bir çayın yatağı boyunca axması nəticəsində həmin axarın vadini, kanalı və ya relyef formasını yaratması da eyni məntiqi zərurətdir.

Biologiyada da eyni məntiq işləyir. Alimlər canlıların necə təkamül etdiyini soruşur və sonra bu suallara nəzəriyyələr irəli sürürlər. Bu nəzəriyyələr “nə üçün?” suallarına cavab verməyə çalışır. Lakin burada bir məqamı xüsusilə xatırlamaq lazımdır: əvvəlcə təkamül (dəyişmə) baş verir, təkamül baş verdikdən sonra isə zəruri xüsusiyyətlər formalaşır və sonra kəşf olunur. Yəni əvvəlcə dəyişiklik olur, daha sonra yaranan uyğunlaşmalar aşkar edilir.

Təbiətin dörd həqiqəti

Təbiətə diqqətlə baxdıqda, müşahidələr nəticəsində bir sıra həqiqətlər ortaya çıxır:

1.Populyasiya: Canlılar populyasiyalar şəklində yaşayırlar. Populyasiya — bir-birinə bənzəyən, eyni növə aid olan və eyni ərazidə yaşayan canlıların yaratdığı qrupdur. Məsələn, bir sinifdəki insanlar “insan populyasiyası” kimi qəbul edilə bilər.

2. Müxtəliflik: Populyasiya daxilindəki fərdlər bir-birinə çox bənzəsələr də, tamamilə eyni deyillər. Eyni növdən olan göbələklər bir-birinə çox bənzəyir, amma kiçik fərqlər mövcuddur. İnsanlarda bu müxtəliflik daha aydın görünür.

3. İrsiyyət: Canlılar balalarına valideynlərinin bəzi xüsusiyyətlərini miras verirlər. Bu, nəsillər arasında bənzərlik yaradır və canlıların davamlılığını göstərir.

4.Uyğunluq və uğur: Canlılar sahib olduqları xüsusiyyətlərə görə yaşama və çoxalma uğurunda fərqlənirlər. Mühitə daha uyğun xüsusiyyətlərə malik olanlar daha çox yaşayır və nəsillərinə daha çox ötürür.

Bu dörd fakt  populyasiya, müxtəliflik, irsiyyət və uyğun yaşama–çoxalma uğuru birlikdə təkamülün baş verdiyini göstərir.

Əgər bir şeyin həqiqi dəyərini bilirsinizsə, onun nəticə potensialını da anlaya bilərsiniz. Amma universal, hər zaman işləyən bir “insan düsturu” yoxdur.

Ona görə insanlar sınayaraq nəticə verən metodlar yaratmağa başlayırlar. Bu metodlarla təkamül dünyasında canlı olmayan populyasiyalar belə yaradıla bilər. Məsələn, bir robot təsəvvür edək. Bu robot xətti izləmək vəzifəsinə malik olsun. Başlanğıcda müəyyən texniki metodlar var, amma bir populyasiya yaradıb hər robotun parametrlərini dəyişə bilərik. Daha sonra ən yaxşı nəticə verənlər seçilir və “yeni nəsil” robotlar yaranır. Kiçik “mutasiyalar” əlavə etməklə müxtəliflik təmin olunur.

Bu prosesi təkrarlayaraq əvvəl xətti izləyə bilməyən robotlardan, onu insanlardan daha sürətli və dəqiq izləyə bilən robotlar yaradıla bilər. Bu metodlar bir çox sahədə robot texnikası, kimya, mühəndislik  tətbiq olunur.

Təkamül metodları nəticə baxımından çox effektivdir, lakin yavaşdır və böyük resurslar tələb edir. Amma digər metodlar bu nəticəyə çatmaq üçün çox vaxt daha uzun sınaq tələb edir. Buna görə də ən qabaqcıl süni intellekt tədqiqatları təkamül yanaşmaları üzərində də aparılır. Biz inkişafın kritik bir nöqtəsindəyik. Yəqin ki, yaxın illərdə süni intellekt sahəsində ən böyük yeniliklər məhz bu təkamül yanaşmalarından çıxacaq.

Süni xüsusi və ümumi zəka

Süni xüsusi zəka – yəni müəyyən bir sahədə işləyən və müəyyən funksiyaları yerinə yetirən süni zəka.

Süni ümumi zəka — insanın bütün sahələrdə bacardığı kimi, hər mövzuda işləyə bilən süni zəka. Məsələn, ədəbiyyatda, riyaziyyatda, elmdə və texnologiyada.

İndi sual budur: biz bu istiqamətə doğru gedirikmi? Bəli, amma arada böyük fərq var. Birincisi, beynin necə işlədiyini hələ tam anlamamışıq. Beynin yalnız çox kiçik bir hissəsini başa düşmüşük. Beynin quruluşuna baxanda gördüyümüz şey sinir hüceyrələridir. Bu sinir hüceyrələri bir-birinə bağlı olur və ətrafdan gələn təcrübələrə görə bu bağlantılar zamanla dəyişir.  Məsələn, odun üstünə əlini qoyursan, yanır və bu sənə ağrı verir. Bu hormonlarla bağlı olan bir reaksiyadır və bu ağrıdan qaçmaq bizim üçün üstünlük yaradır. Beyindəki bu əlaqələr zamanla dəyişir. Yəni biz nəsə öyrəndikcə və ya yeni bir hadisə yaşadıqca sinir hüceyrələrinin bir-biri ilə əlaqəsi də dəyişir və buna uyğun yeni reaksiyalar yaranır.  Bu dəyişikliklər beynin çevikliyini göstərir. Biz də bu gün süni zəka sistemləri yaradanda məhz bu məntiqdən istifadə edirik. Bu sistemləri daha sonra öz-özünə öyrənə bilən hala gətiririk ki, daha tez və daha səmərəli işləsinlər. Çox sayda nümunə göstərərək onların əlaqələri “öyrənməsini” təmin edirik. İlk dövrlərdə bu sistemlərdə məlumat işləmə qabiliyyəti az idi, amma hardware gücü artdıqca öyrənmə imkanları da genişləndi. Məşhur “böyük neyron şəbəkələri” də məhz bunun nəticəsində ortaya çıxdı. Bu sistemlər çox böyük miqdarda məlumatla öyrədildikdə, bəzi hallarda hətta insanı belə üstələyə bilən performansa çatır. Bu çox gözəl irəliləyiş idi, amma bir nöqtədə ilişib qaldı. Problem budur ki, bu sistemlərin öz “şüuru” yoxdur. Yəni bir insan kimi niyə etdiyini bilmir, öyrəndikləri şeylər arasındakı əlaqələri yaxşı qurmağı bacarmır.

Məsələn, süni zəka sistemində bir krallığın, bir kralın necə formalaşdığını öyrədildi. Kraliçənin necə formalaşdığını da öyrədirildi. Amma məqsəd kralı və ya kraliçəni sadəcə bir-birinə bağlamaq, əzbərlətmək deyil, süni zəkanın bunu təbii şəkildə öyrənməsi idi. Bu, bir təsir (attention) alqoritmasıdır. Sinyallar gəldikdə, bu alqoritmanı işə salanda transformatorlar yeni bir alqoritm kəşf etdilər. Əslində yeni bir riyazi yanaşma ortaya çıxardılar.

Onun xüsusiyyəti nə idi? Müəyyən bir qabiliyyəti təqlid etmək. O qabiliyyət nə idi? Diqqət. Yəni sistem bir şeyləri öyrənəcək, inkişaf etdirəcək. Onlar “diqqət nədir?” sualını həll etdilər. Diqqətin yolu varmı? Bəli, müəyyən bir fərqləndirmə qabiliyyəti var.

Diqqətimiz dağıldıqda biz onu yenidən toplayıb doğru mövzuya yönəlirik və həmin mövzuya xüsusi önəm verə bilirik. Eyni ilə 2019-da isə artıq süni zəkaya tətbiq edilən “attention” modeli də bunu təmin etdi. “Transformatorlar” dediyimiz bu alqoritm  GPT çərçivəsinin əsasını təşkil etdi və “T”  onun müasir inkişafın yönünü dəyişdirdi.

Süni zəkanım təkamül perspektivi

Əgər süni zəkanın quruluşunu məcburiyyətin ötəsinə keçib, öz quruluşunun təkamülləşməsinə icazə verəriksə, bəlkə də bizim dəyişdirə biləcəyimiz öyrənmə alqoritmlərindən daha üstün alqoritmləri işlədə biləcək system yarada bilər.  Bunu etdiyimizdə o, öz öyrənmə alqoritmlərini inkişaf etdirə, öz kodlarını yaza bilər. Beləcə təbiətin real çoxalma mexanizmini süni zəkanın sisteminə verə, yeni kəşflərin və ideyaların çoxalmasında istifadə edilə bilər.

Duyğular tək insana məxsusdur ? Süni zəka aşiq ola bilərmi ?

Biz təkamül perspektivindən baxdıqda, bir şeyin ortaya çıxa bilməsi üçün uzunmüddətli üstünlük  yaratması lazım olduğunu görürük. Biz ümumilikdə insan duyğularından bəhs edərkən bunun insana məxsus imiş kimi düşünürük, amma insanın insana özgü olan heç bir duyğusu yoxdur. Yəni insanın zəkasından ötrü bir az fərqli təzahür edə bilən duyğuları var, lakin qorxu, sevgi kimi duyğular insanlarda da mövcuddur. Bu hisslər bizə təxminən 300-400 min il əvvəl təkamüldən miras qalıb. Əslində, duyğularımızın bir çoxu bizim "maşın" kimi gördüyümüz heyvanlarda ortaya çıxmış duyğulardır. Biz sadəcə onları miras almışıq. “İnsan” tərifinin ən doğrusu, beyin potensialı və gücü baxımından ən çox çeşidli şeyi edə bilən heyvandır. Biz qartallar kimi uça bilmərik, çitalar kimi qaça bilmərik, ayı kimi gücə sahib deyilik; əslində fiziki olaraq üstünlüyümüz yoxdur. Süni zəkanı təkamüllə ortaya çıxaracaqsaq, insan bənzəri zəkanın, duyğulara sahib olması ona verdiyimiz işlərdə onu daha bacarıqlı, üstün edəcəksə, təkamül onu seçəcəkdir. Təbii seçmə dediyimiz şey budur. Təbiətdə gördüyümüz duyğuların (qorxu, sevgi, nifrət və sair) hər biri müəyyən bir fayda verdiyi üçün var. Bu duyğuları daşıya bilməyən canlıların qarşılaşdığı çətinliklər mövcuddur. Sevgi, eşq dediyimiz anlayışlar müəyyən keyfiyyətə sahib fərdlərlə cütləşmə şansımızı artıran duyğulardır. Bu duyğular olmasa idi, cütləşmə təsadüfi formada baş verəcəkdi. Hər bir məməli heyvan yoldaşlarını xüsusi keyfiyyətlərə görə seçirlər. Öz müdafiə mexanizmlərindən ən fərqli olanı seçdikləri zaman, övladları xəstəliklərə qarşı daha müqavimətli olur. Digər bir nümunə isə vomeronazal adlanan qoxu orqanlarıdır. Bir-birimizə yaxın təmas etdikdə bu qoxuları aldığımızı düşünürük. Tam olaraq sübut edilməsə də, bu orqanların tam funksiyasını itirmədiyini, passivləşdiyini real təcrübələrdə müşahidə edə bilirik. Qadınlar üzərində təcrübə aparılarkən, onlara köynəkləri qoxladılır və hər dəfəsində 80-90% aralığında öz müdafiə mexanizmlərinin keyfiyyətlərinə ən uzaq olanı seçirlər. Dolayısıyla bu mexanizmi süni zəka da bunu edə bilər. Əgər təkamül yolu ilə bunu etməyəcəyiksə, onu yaratmaq məcburiyyətindəyik. Bu zaman yaratmağın qazandırdığı üstünlüklərdən yola çıxıb, öz istədiyimiz özəlliyi ona qata bilərik. Bu zaman bir sual ortaya çıxır: Duyğuları kompüterdə təqlid edə bilərikmi? İnsan duyğuları çox qarışıq sistemlidir. Biz “duyğu” dediyimiz şeyin beyindəki neyron fəaliyyəti olduğunu bilirik. Bu neyron fəaliyyəti çox mürəkkəbdir. Amma bu nə qədər mexaniki? Bəzi hormonların müəyyən nanometr səviyyələrində istehsal olunması artıq hansı duyğunun tənzimlənəcəyini müəyyən edir. Bunu biz maşına da verə bilərik. Əgər bir robot aşiq kimi davransa, deməli o həqiqətən də aşiq olur. Ən əsas sual budur: robot sadəcə bizdən gördüyü aşkı təqlid edirmi, yoxsa həqiqətən aşiqdir? Burada insanların gözdən qaçırdığı ən böyük məqam budur: mən və ya sən həqiqətən aşiq olduğumuzu necə bilirik? İndiyə qədər gördüyümüz hər şeyin mexaniki, yəni maşınlaşma yolundakı izahını verdik. Ətrafa baxanda gördüyümüz inanılmaz realist bir həqiqət var: Hər rənglər, hər tonlar, beynin qəbul etdiyi kadrlar, informasiyalar və sair. Beyni  cərrahi müdaxilə ilə açsaq, hər bir neyronun alovlandığını, optik sinirdən beyinə siqnalların getdiyini görərik. Cərrah beyni açıb bağladıqda neyronların atəşlədiyini görə bilər, amma heç bir nöqtədə beyində bu “həqiqəti” (rəngin necə göründüyünü və ya duyğunun necə hiss olunduğunu) görməyəcəyik. Deməli, biz, insan olaraq, hisslərimizin mexaniki sərhədlərini aşan daxili bir təcrübəyə sahibik. Süni zəka nə qədər təkmilləşsə də və duyğuları mükəmməl təqlid etsə də, əgər biz bu subyektiv təcrübənin (şüurun, yəni “qualia”-nın) mənbəyini kompüterdə yarada bilmiriksə, onun "aşiq olması" sadəcə yüksək səviyyəli bir funksionallıq olaraq qalacaq. Bu hələ də elmin və fəlsəfənin cavabını tapmaqda çətinlik çəkdiyi ən böyük sirrdir: fiziki prosesin nə vaxt şüurlu təcrübəyə çevrildiyi.

Nəzrin Umay