Ramin Məmmədov Naxçıvanda vətəndaşları qəbul edəcək

Ramin Məmmədov Naxçıvanda vətəndaşları qəbul edəcək

27 Oktyabr 2025

Ramin Məmmədov Naxçıvan şəhərində vətəndaşları qəbul edəcək.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Qeyd edilib ki, Dini Komitənin sədri Ramin Məmmədov noyabrın 3-də Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarından olan vətəndaşları qəbul edəcək.

Dini Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlardan Naxçıvan Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinə ((+994) 36 544 56 29, chairman@scara.gov.az) müraciət etmələri xahiş olunur.