Simonyan Azərbaycan nümayəndələr ilə görüşdü

Simonyan Azərbaycan nümayəndələr ilə görüşdü

26 Noyabr 2026

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan noyabrın 26-da “Sülh körpüsü” təşəbbüsü çərçivəsində keçirilən beşinci dəyirmi masa müzakirəsinin iştirakçıları ilə görüşüb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə “Sülh körpüsü” təşəbbüsünün ofisi mətbuata məlumat verib.

Görüş zamanı iştirakçılar Təhlükəsizlik Şurasının katibinə suallar ünvanlayıb, fikir və mülahizələr ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, noyabrın 26-da İrəvanda “Sülh körpüsü” təşəbbüsü çərçivəsində beşinci görüş keçirilib.

Tədbirdə Ermənistan və Azərbaycandan ümumilikdə 60 vətəndaş cəmiyyəti nümayəndəsi iştirak edib.