Komitə sədri Naxçıvanda vətəndaşların müraciətlərini dinləyəcək
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova dekabrın 4-ü, saat 11:00-da Naxçıvan şəhərində vətəndaşlarla görüşəcək.
Dövlət Komitəsindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə bildirilib ki, görüş Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin inzibati binasında keçiriləcək.
Görüşdə Naxçıvan Muxtar Respublikasından olan sakinlərin müraciətlərinə baxılacaq.








