SOCAR və "Crescent Petroleum" əməkdaşlığı müzakirə edib

SOCAR və "Crescent Petroleum" əməkdaşlığı müzakirə edib

06 Fevral 2025

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və "Crescent Petroleum" şirkətləri arasında enerji sektorunun müxtəlif istiqamətləri üzrə əməkdaşlıq imkanları müzakirə edilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" SOCAR-a istinadən xəbər verir ki, bu müzakirələr SOCAR-ın prezidenti Rövşən Nəcəf və "Crescent Petroleum" şirkətinin baş icraçı direktoru Məcid Cəfər ilə görüşdə aparılıb.

Görüşdə "Crescent Petroleum" şirkətinin fəaliyyəti barədə məlumat verilib.

Tərəflər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.