Universitetlərin azad olunan ərazilərə köçürülməsi məsələsi təhlil edilir

Universitetlərin azad olunan ərazilərə köçürülməsi məsələsi təhlil edilir

06 Fevral 2025

Universitetlərin işğaldan azad olunan ərazilərə köçürülməsi məsələsi ətrafında təhlillər aparılır.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev fevralın 6-da keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, bu, heç də asan məsələ deyil:

"Bu, təhsil üçün də uğurlu addım olacaq. Belə bir layihə var. Amma bu istiqamətdə dəqiq qərar hələ ki yoxdur".