Azərbaycan taekvondoçuları 1 qızıl və 2 bürünc medal qazanıblar

Azərbaycan taekvondoçuları 1 qızıl və 2 bürünc medal qazanıblar

20 Noyabr 2025

Azərbaycanın gənc taekvondoçuları İsveçrənin Eql şəhərində keçirilən Avropa birinciliyinin ilk günündə 1 qızıl və 2 bürünc medal qazanıblar.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, 48 kq çəki dərəcəsində mübarizə aparan İlyas Hətəmli bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Mehdi Budaqlı (45 kq) və Novruz Əliyev (51 kq) isə bürünc medalla kifayətlənib.