Azərbaycanda 116 nəfər maksimum bal toplayıb

Azərbaycanda 116 nəfər maksimum bal toplayıb

25 İyun 2026

2026-cı ildə qəbul imtahanlarında ilk 700 bal qeydə alınıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları, eləcə də III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni üzrə 7 iyun 2026-cı il tarixində keçirilmiş qəbul imtahanının nəticələrini elan edib.

Nəticələrə əsasən, bu il açıqlanan ilk maksimum nəticəni Məcidli Burlaxatun Bəhruz qızı göstərib. O, hər iki mərhələnin cəminə görə I ixtisas qrupu üzrə 700 bal toplayıb. Abituriyent imtahanın birinci mərhələsində 300 bal əldə edib.

Bununla da 2007-ci ildən indiyədək qəbul imtahanlarında bütün ixtisas qrupları üzrə 700 bal toplayanların sayı 116 nəfərə çatıb.

İllər üzrə 700 bal toplayanların sayı belə olub:

2007 – 3 nəfər
2008 – 6 nəfər
2009 – 2 nəfər
2010 – 7 nəfər
2011 – 4 nəfər
2012 – 5 nəfər
2013 – 6 nəfər
2014 – 9 nəfər
2015 – 15 nəfər
2016 – 10 nəfər
2017 – 15 nəfər
2018 – 29 nəfər
2019 – 0 nəfər
2020 – 0 nəfər
2021 – 0 nəfər
2022 – 1 nəfər
2023 – 0 nəfər
2024 – 2 nəfər
2025 – 2 nəfər
2026 – hələlik 1 nəfər

Statistikaya görə, indiyədək ən çox 700 bal toplayan 2018-ci ildə qeydə alınıb. Həmin il 29 nəfər maksimum nəticə göstərib. Sonrakı ən yüksək göstərici isə 2015 və 2017-ci illərdə olub, hər iki ildə 15 nəfər 700 bal toplayıb.

Qeyd edək ki, 2026-cı il üzrə yekun rəqəm hələ dəyişə bilər. Çünki qarşıda ikinci şans imtahanı var. Bu səbəbdən builki 700 balların sayının artması istisna olunmur.