Bu gün Azərbaycanda Aşura günüdür

Bu gün Azərbaycanda Aşura günüdür

25 İyun 2026

Bu gün Məhrərrəm ayının Aşura günüdür.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Aşura hicri təqviminin ilk ayı olan məhərrəm ayının 10-cu günü qeyd edilir.

Azərbaycanda Aşura günündə ənənəvi olaraq qanvermə aksiyaları keçirilir. Bu il də Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək.

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Gənclər Fondu, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, Respublika Qan Bankı, Azərbaycan İlahiyyat İnstitutu, Mənəvi Dəyərlərin Təbliği Fondu, Bakı İlahiyyat Kolleci, Milli QHT Forumu, Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Azərbaycan Könüllü Təşkilatları İttifaqının iştirakı ilə Aşura günündə keçiriləcək aksiyaya könüllü şəxslər və ictimaiyyət nümayəndələri qatılacaqlar.

Qanvermə aksiyasının keçirilməsində əsas məqsəd Aşura ilə bağlı bəzi yanlış təsəvvür və adətlərin aradan qaldırılmasına, bu günün mahiyyətinin düzgün izahına, dini mərasimlərin xeyirxahlıq, yardımlaşma, insanpərvərlik dəyərləri əsasında təşviqinə töhfə vermək, eyni zamanda, sosial məsuliyyət hissini gücləndirməkdir.

Aksiya zamanı toplanan qan hemofiliya və talassemiya, həmçinin digər xəstəliklərdən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.

Qanvermə aksiyasının keçiriləcəyi ünvanlanlar:

Naxçıvan Muxtar Respublikası:

1. Naxçıvan şəhər “Heydər” məscidi

2. Naxçıvan şəhər “Sarvanlar” məscidi

3. Naxçıvan şəhər “Pirqəmiş” məscidi

4. Babək rayon Mərkəzi Xəstəxanası

5. Babək rayon Qahab kənd tibb məntəqəsi

6. Babək rayon Cəhri kənd tibb məntəqəsi

7. Babək rayon Nehrəm kənd tibb məntəqəsi

8. Ordubad rayon Mərkəzi Xəstəxanası

9. Culfa rayon Mərkəzi Xəstəxanası

10. Culfa rayon Bənəniyar kənd tibb məntəqəsi

11. Şahbuz rayon Mərkəzi Xəstəxanası

12. Sədərək rayon Mərkəzi Xəstəxanası

13. Kəngərli rayon Mərkəzi Xəstəxanası

14. Şərur rayon Mərkəzi Xəstəxanası