Culfada yaylaq sakinlərinə yerində tibbi xidmət göstərilib -

Culfada yaylaq sakinlərinə yerində tibbi xidmət göstərilib - FOTO

11 Avqust 2025

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Culfa rayonu ərazisində yerləşən Ləkətağ yaylağında əhaliyə yerində tibbi xidmət göstərilmişdir. Tədbir çərçivəsində müxtəlif sahələr üzrə geniş müayinələr təşkil olunmuş, sakinlərin sağlamlıq vəziyyətinin dəqiqliklə qiymətləndirilməsi təmin edilmişdir.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, zəruri dərman vasitələri ilə təmin edilərək əhalinin sağlamlıq problemlərinin vaxtında həllinə dəstək göstərilmişdir. Nazirlik tərəfindən bu kimi aksiyaların əhalinin tibbi xidmətlərə əlçatanlığını artırmaq və sağlamlıq səviyyəsini yüksəltmək məqsədilə davamlı olaraq həyata keçirilməsi planlaşdırılır.

Tibbi xidmətlərlə yanaşı, əhali ilə maarifləndirici söhbətlər aparılmış, sağlam həyat tərzi və xəstəliklərin profilaktikası barədə geniş məlumatlar verilmişdir.