
Naxçıvanda ilin ilk yarısında 33-ü əkiz, 1-i isə üçəm olmaqla 1717 uşaq doğulub
2025-ci ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasında əhalinin sayında artım qeydə alınıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, ilin əvvəlindən 775 nəfər və ya 0,2 % artan əhali 1 iyul 2025-ci il tarixinə 471 718 nəfərə çatıb. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 0,4% çoxdur.
Əhalinin 35,5 faizini şəhər, 64,5 faizini isə kənd sakinləri təşkil edir. Cins bölgüsündə kişilər 49,9 faiz, qadınlar isə 50,1 faizdir. Hər kvadrat kilometrə 86 nəfər düşür.
Bu ilin ilk yarısında 1 717 körpə dünyaya gəlib. Ancaq doğum səviyyəsi bir qədər zəifləyib. Əhalinin hər 1 000 nəfərinə düşən göstərici 7,6-dan 7,3-ə enib. Doğulanların 52,2 faizi oğlan, 47,8 faizi qız uşaqları olub. Maraqlıdır ki, onlardan 33-ü əkiz, 1-i isə üçəm doğulub.
Eyni zamanda, 1 106 ölüm halı qeydə alınıb və bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,6-dan 4,7-yə yüksəlib.