
Naxçıvanda Qan Bankı üçün müasir tibbi avadanlıqlar alınacaq
"Səhiyyə Müəssisələrinin Təminatı Mərkəzi" publik hüquqi şəxsi tərəfindən keçirilən yeni tender müsabiqəsinə əsasən Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Qan Bankı və Qan Köçürmə Mərkəzi publik hüquqi şəxsinə müasir tibbi avadanlıqların satın alınması nəzərdə tutulur.
“NAXÇIVANXƏBƏRLƏRİ” bu barədə dövlət satınalmalarının həyata keçirildiyi vahid internet portalına istinadən xəbər verir.
Bu regionda tibbi xidmətlərin keyfiyyətinin artırılması və qan təhlükəsizliyinin təmin edilməsi məqsədi daşıyır. Müasir avadanlıqlarla təmin olunacaq mərkəz qan analizlərinin və köçürmələrinin daha dəqiq və təhlükəsiz aparılmasına imkan yaradacaq.