DSMF avqustda 36 minə yaxın vətəndaş müraciətini cavablandırıb
Bu ilin avqust ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fəaliyyət istiqamətləri üzrə ümumilikdə 35 696 vətəndaş qəbul edilib və onların müraciətləri cavablandırılıb.
Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Fonndan məlumat verilib.
Bildirilib ki, vətəndaşların 84 nəfərini Fondun Aparatının rəhbər şəxsləri qəbul edib, 1 248 nəfər Fondun Aparatının Qəbul Mərkəzində, 1 725 nəfər mərkəzi, 32 639 nəfər isə regional filiallarda qəbul edilib.








