Gömrük qaydaları pozulmaqla gətirilən minlərlə qəlyan tütünü aşkar edilib

Gömrük qaydaları pozulmaqla gətirilən minlərlə qəlyan tütünü aşkar edilib

26 Avqust 2026

Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks tədbirlər nəticəsində ölkə ərazisinə gömrük qaydaları pozulmaqla gətirilən qəlyan tütünləri aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsində "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən anbarda keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycana məxsus məcburi nişanlanma ilə nişanlanmayan, ümumilikdə 4263 ədəd qəlyan tütünü aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.