“gov.az” domeninin illik qeydiyyat 100 manat olacaq
“gov.az” domen adının illik qeydiyyat haqqı 100 manat müəyyənləşdirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kollegiyasının təsdiqlədiyi xidmət tariflərində əksini tapıb.
Sənədə əsasən, elektron poçt sistemindən istifadə üçün aylıq abunə haqqı 2 manat, bir televizor üçün kabel televiziyasının aylıq abunə haqqı isə 6 manat təşkil edir.
Stasionar telefon xəttinin çəkilişi üçün tarif 30 manat, aylıq abunə haqqı 7 manat müəyyən edilib.
Bundan başqa, bir cüt fiber-optik lifin aylıq icarə haqqı 4 kilometrə qədər məsafədə 60 manat, 4 kilometrdən artıq məsafədə isə 100 manatdır.
Tariflər ƏDV-siz göstərilib.








