Güləşçilər arasında muxtar respublika birincililəri məlum olub -

Güləşçilər arasında muxtar respublika birincililəri məlum olub - FOTO

20 Noyabr 2025

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş yeniyetmələr arasında sərbəst güləş üzrə muxtar respublika birinciliyi keçirilib. İlham Əliyev adına Olimpiya İdman Kompleksində reallaşan yarışda Naxçıvan şəhəri və regionlardan ümumilikdə 100-ə yaxın idmançı 10 çəki dərəcəsində mübarizə aparıb

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, nəticələrə əsasən Adəm Babayev (85 kq), Firudin Sadiqov (75 kq), İbrahim Məmmədli (68 kq), Eltun Abuzərli (62 kq), Şahin Kazımlı (57 kq), Məcnun Abbasov (52 kq), Alcəfər Musayev (48 kq), Qəhrəman Qəhrəmanov (44 kq), Cahangir Əhmədov (41 kq) və Fuad İsgəndərli (38 kq) öz çəkilərində birinci olublar.

İlk üç yerin sahiblərinə diplom, medal və hədiyyələr təqdim olunub.