Hidayət Heydərov VI İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb

Hidayət Heydərov VI İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb

08 Noyabr 2025

Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, o, finalda özbəkistanlı Şakram Ahadovla qarşılaşıb.

Rəqibini məğlub edən Paris-2024 Yay Olimpiya Oyunlarının qalibi fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, H.Heydərov 2017-ci ildə Bakıda təşkil edilən İslamiadanın da qalibi olmuşdu.