Növbəti il idman sahəsinə 31,8 milyon manat vəsait ayrılacaq

Növbəti il idman sahəsinə 31,8 milyon manat vəsait ayrılacaq

11 Noyabr 2025

Növbəti ildə bədən tərbiyəsi və idmanın təşkili üçün 31 800 000 manat, gənclər siyasəti xərcləri üzrə 18 300 000 manat vəsait proqnozlaşdırılır.

"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, o cümlədən növbəti ildə ümumilikdə 73 olimpiya idman kompleksinin və digər idman obyektlərinin xərclərinin ödənilməsi üçün 11 000 000 manat, 35 “Gənclər evi” sosial xidmət müəssisəsinin saxlanılması üçün 5 600 000 manat, xüsusi olimpiya və paralimpiya təqaüdünün müəyyən olunması ilə bağlı 700 000 manat vəsait proqnozlaşdırılır.