Ordubadın növbəti gənc ekskursiyaçıları kursantlar oldu -

Ordubadın növbəti gənc ekskursiyaçıları kursantlar oldu - FOTO

12 Noyabr 2025

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi gənclərin dünya görüşünün zənginləşdirilməsi, Azərbaycanın tarixinə, mədəniyyətinə və milli dəyərlərinə bağlılığını artırmaq, o cümlədən Naxçıvanın turizm imkanlarının tanıdılması istiqamətində də müxtəlif tədbirlər həyata keçirir. Ekskursiyalar bu baxımdan gənclərin ən çox maraq göstərdiyi fəaliyyətlərdəndir.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, 10–17 noyabr Beynəlxalq Tələbə Gənclər-Həftəsi çərçivəsində Naxçıvan Hərbi Kollecinin kursantları üçün Ordubad şəhərinə ekskusiya təşkil olunub.

Noyabrın 12-də reallaşan ekskursiya müddətində gənclər Qeysəriyyə Tarix-Diyarşünaslıq Muzeyini, Məhəmməd Tağı Sidqi və Məmməd Səid Ordubadinin ev-muzeylərini, o cümlədən XVIII-XIX əsrlərə aid Ordubad Hamamını ziyarət edib, Cümə Məscidində görülmüş işlələ tanış olublar. Bələdçilər muzeylərin yaradılma tarixi, aid olduqları şəxsiyyətlərin həyatı və fəaliyyəti, eləcə də nümayiş etdirilən eksponatlar haqqında ətraflı məlumat veriblər və iştirakçıların suallarını cavablandırıblar.