İcbari Tibbi Sığorta Fonduna büdcədən ayırmalar 37 %-ə yaxın azaldılır

İcbari Tibbi Sığorta Fonduna büdcədən ayırmalar 37 %-ə yaxın azaldılır

17 Oktyabr 2025

2026-cı ildə Azərbaycanda dövlət büdcəsi xərclərinin 900 milyon manatı və yaxud 2,2 %-i İcbari Tibbi Sığorta Fonduna ayırmaların payına düşəcək.

"NAXÇIVANXƏBƏRLƏRİ" bu barədə "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2025-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 36,5 % azdır.

Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 38 milyard 609 milyon manat, büdcə xərclərinin isə 41 milyard 703,6 milyon manat olacağı gözlənilir.