İşçinin ödənişsiz məzuniyyətdən istifadə etmək hüququ vardırmı? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: İşçinin ödənişsiz məzuniyyətdən istifadə etmək hüququ vardırmı?
Cavab: Bəli. Qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır.
Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov








