İşəgötürənin təşəbbüsü ilə başqa işə müvəqqəti keçirmə mümkündürmü? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: İşəgötürənin təşəbbüsü ilə başqa işə müvəqqəti keçirmə mümkündürmü?
Cavab: Əmək Məcəlləsinin 60-cı maddəsinə əsasən işçi, onun razılığı olmadan istehsalat zəruriyyəti və boşdayanma hallarının qarşısını almaq məqsədi ilə bir ay müddətinə, müvəqqəti olaraq başqa işə keçirilə bilər. Bu halda işçi onun səhhətinə mənfi təsir edən, habelə aşağı ixtisaslı işə keçirilə bilməz. Başqa işə keçirilmə müddətində işçinin əməyi görülən işin müqabilində, lakin əvvəlki orta əmək haqqından aşağı olmamaqla ödənilir.
Sualı cavablandırdı: Kəngərli rayon prokurorunun köməkçisi III dərəcəli hüquqşünas - Şahmar Həşimov








