Kişi boksçular arasında Azərbaycan çempionatında finalçılar bəlli olub

Kişi boksçular arasında Azərbaycan çempionatında finalçılar bəlli olub

27 Yanvar 2026

Kişi boksçular arasında Azərbaycan çempionatı davam edir.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, 33 komandanın iştirakı ilə təşkil edilən yarışın VI günündə yarımfinal görüşləri baş tutub.

10 çəki dərəcəsində 20 döyüşün nəticəsinə əsasən finala çıxan boksçuların adlarına aydınlıq gəlib. Məğlub olan idmançılar isə bürünc medalla kifayətləniblər.

Çempionatda final döyüşləri sabah keçiriləcək. Boks Mərkəzində təşkil olunan yarışın həlledici görüşlərinə saat 14:00-da start veriləcək.

Azərbaycan çempionatı

27 yanvar

Kişilər

1/2 final

50 kq

Bilalhəbaşi Nəzərov ("Dəmir Yumruq" BİK) – Yusif Soltanov ("Neftçi" İK) – birinci mərhələ adlayıb

Kənan Babayev (MOİK) – Ucal Musayev (Naxçıvan MR) – ikinci mərhələ adlayıb

55 kq

Nicat Hüseynov ("Neftçi" İK) – Zidan Hünbətov ("Dəmir Yumruq" BİK) – 3:2

Zəlimxan Süleymanov (MOİK) – Amin Məmmədzadə ("Qızıl əlcək" İK) – 0:5

60 kq

Məhəmmədəli Aşırəliyev ("Neftçi" İK) – Tağı Nəsibov ("Neftçi" İK) – 5:0

Tayfur Əliyev ("Neftçi" İK) – Məhəmmədəli Qasımzadə ("Dəmir Yumruq" BİK) – 2:3

65 kq

Maqsud Xasmetov ("Abşeron" İK) – Əli Abdullayev ("Zabit Səmədov" DM) – birinci ikinci raundda tam üstünlüklə qalib gəlib

Malik Həsənov ("Neftçi" İK) – Cəlal Qurbanov (MOİK) – 3:2

70 kq

Sərxan Əliyev ("Neftçi" İK) – Vüqar Məmmədov (DİN İC) – 5:0

Nicat Alırzayev ("Dəmir Yumruq" BİK) – Nəbi İsgəndərov ("Neftçi" İK) – 0:5

75 kq

Abbasqulu Şadlinski ("Dəmir Yumruq" BİK) – Nurlan Məlikov (Sumqayıt) – 5:0

Novruzəli Quliyev (MOİK) – Rasim Çobanlı (DİN İC) – 0:5

80 kq

Murad Allahverdiyev ("Neftçi" İK) – Ayxan Həsənov (FHN İK) – birinci üçüncü raundda tam üstünlüklə qalib gəlib

Həsən Osmanlı ("Qızıl əlcək" İK) – Fəqan Məmmədov (MOİK) – 5:0

85 kq

Ruslan Qəhrəmanov (DİN İC) – İbrahim İsmayılov (Z-1 İK) – 3:2

Ramal Həsənli (MOİK) – Seyfəli Yusifzadə (KNOUT) – birinci mərhələ adlayıb

90 kq

Sürət Qarayev ("Səbail" İK) – Hüseyn Hüseynli (AHİTA) – 5:0

Bayram Əhədov ("Neftçi" İK) – Rauf Rəhimov ("Neftçi" İK) – ikinci qalib gəlib

+90 kq

Kənan Nəcəfov (Z-1 İK) – Batraz Mildzoxov (ABF) – ikinci qalib gəlib

Mirxəyal Məmmədov (Gəncə) – Səbuhi Əlizadə (Gəncə) – ikinci qalib gəlib

Qeyd edək ki, bu gün qadın boksçuların Azərbaycan çempionatına yekun vurulub.