Naxçıvanda 92 yaşayış binası əsaslı təmir olunacaq
Naxçıvan Muxtar Respublikasında yaşayış binalarının əsaslı təmiri və fasadlarının yenilənməsi həyata keçiriləcək.
“NAXÇIVANXƏBƏRLƏRİ” məlumat verir ki, Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, Naxçıvan, Şərur, Culfa, Ordubad və Şahbuz şəhərlərində ümumilikdə 2 164 mənzilli 92 yaşayış binasının tam əsaslı təmiri nəzərdə tutulur.
Bundan başqa, Naxçıvan, Culfa və Şərur şəhərlərində 3 087 mənzilli 70 yaşayış binasının yalnız fasad hissəsi əsaslı təmir ediləcək.
Bu məqsədlə müvafiq şəhər və rayon icra hakimiyyətlərinə 15 milyon manat vəsait ayrılıb.








